Son yeniləmə: 2 May 2024 11:38
BAYRAQDAR MEDİA – Mayın 2-də Səbail rayonunun bir hissəsinə (Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, İçərişəhərin bir hissəsi) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. Buna səbəb su kəmərində baş vermiş qəzadır.
Bu barədə BAYRAQDAR MEDİA-ya mayın 2-də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.
“Bununla əlaqədar abonentlərdən üzr istəyirik” deyə məlumatda qeyd edilib.