Press "Enter" to skip to content

Əhməd Bayverdi gecəylə işdən qovuldu

Əhməd Bayverdi

Son yeniləmə: 2 May 2024 18:21

BAYRAQDAR MEDİA – Həkim Əhməd Bayverdi Güney Azərbaycanın ətraf mühitinin çirkləndirilib dağıdılmasını ifşa etdiyinə görə vəzifəsindən qovulub.

GünAz.TV xəbər verir ki, Əhməd Bayverdi vəzifəsindən qovulmadan əvvəl Şərqi Azərbaycan Əyaləti Kənd Təsərrüfatı və Təbii Resurslar Tədqiqat Mərkəzinin sədri olub.

O, dünya üzrə tanınmış alimlərdən biri olmaqla əyalətin ətraf mühit problemləri üzrə fəal hesab olunur.

Həkim Ə.Bayverdi bundan əvvəl Ermənistan tərəfindən Araz çayının çirkləndirilməsi, Urmu gölünün qurudulması və Azərbaycan meşələrinin məhv edilməsi barədə məlumatlar paylaşıb və dövlət qurumları tərəfindən ətraf mühitin dağıdılması barədə X sosial şəbəkəsində xəbərdarlıq edib.

“Təbriz şəhəri və Azərbaycan üçün ürəkləri çırpınanların diqqətinə! Şəhərin Tibb Elmləri Universitetinin əmlakı və sahələrinin təyinatları ticarət sahələrinə çevrilib satılır. O cümlədən “Xələtpuşan” adlanan birinci dərəcəli münbit ərazi mənzil tikintisinə ayrılıb. Bu barədə həyəcan elan edirəm”, – deyə Ə.Bayverdi bildirib.

Həkim həmçinin 2 gün əvvəl X hesabında yazıb: “Vərziqan nahiyəsi, İliqna çayının vəziyyəti Süngün Mis Zavodunun fəaliyyəti səbəbindən çirkləndiyinə görə acınacaqlıdır. Rəsmilərin bu barədə müdaxilə etmə və tədbir görmələri vacibdir. Vərziqanın misilsiz və münbit bölgəsi zavodun fəaliyyəti nəticəsində çirkləndiricilərlə basılıb”.

Mədəni fəallar onun vəzifəsindən gecəliklə və ani qovulması səbəbinin Azərbaycanın ətraf mühiti barədə ifşa etmələri olduğunu bildiriblər.

Taymaz

Mission News Theme by Compete Themes.