Son yeniləmə: 2 May 2024 12:18
BAYRAQDAR MEDİA – 2024-cü ilin aprel ayında orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının məbləği 9,5 faiz artıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Məlumata görə, beləliklə, ötən ilin aprelində orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının məbləği 440,4 manat idisə, 2024-cü ilin müvafiq dövründə həmin məbləğ artaraq 482 manat təşkil edib.