Son yeniləmə: 1 May 2024 13:18
BAYRAQDAR MEDİA – Mayın 4-ü saat 15:00-da Azərbaycan Rəssamlar İttifaqının üzvü, Əməkdar rəssam Taryer Bəşirovun 65 illik yubileyi münasibəti ilə “Xalçalarda yaşayan tariximiz” adlı mühazirə təşkil olunacaq.
Bu haqda Azərbaycan Milli Xalça Muzeyinin yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, “xalçaçı-rəssam T.Bəşirovun zəngin yaradıcılıq yoluna həsr edilən mühazirə sənətşünaslıq üzrə fəlsəfə doktoru Dürdanə Qədirova tərəfindən aparılacaq”.
Qeyd edək ki, iştirak üçün öncədən qeydiyyatdan keçmək lazımdır.