Press "Enter" to skip to content

Verilmiş güzəştli kreditlərin məbləği artıb

Naxçıvan

Son yeniləmə: 1 May 2024 14:38

BAYRAQDAR MEDİA – “2023-cü ildə Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən 40 investisiya layihəsinin maliyyələşdirilməsinə 6,2 milyon manat güzəştli şərtlərlə dövlət maliyyə dəstəyi göstərilib. Bunun 84,8 faizi sənaye məhsullarının istehsalına, 11,7 faizi kənd təsərrüfatına, 3,5 faizi isə xidmət sahələrinə yönəldilib.”.

BAYRAQDAR MEDİA xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Abbas İsmayılov deyib.

O, qeyd edib ki, 2024-cü ilin yanvar-mart ayları ərzində ötən ilin eyni dövrü ilə müqayisədə maliyyələşdirilən layihələrin sayı 33,3 faiz, verilmiş güzəştli kreditlərin məbləği isə 2,5 dəfə artıb: “Ötən il muxtar respublikanın bank strukturları və kredit təşkilatları tərəfindən real sektora 130,4 milyon manatdan çox kredit verilib ki, bu, 2022-ci ilin müvafiq göstəricisindən 2,7 dəfə çoxdur”.

Mission News Theme by Compete Themes.