Son yeniləmə: 1 May 2024 16:04
BAYRAQDAR MEDİA – Siyasi partiyalar mayın 8-də Quzey Makedoniyada keçiriləcək ikiqat seçkilər üçün təşviqat işlərini sürətləndirmədən davam edir.
Bu barədə Yeni Balkan xəbər yayıb.
Bildirilib ki, “gələn həftə həm prezident seçkilərinin ikinci turu, həm də parlament seçkiləri eyni gündə keçiriləcək. Ölkə daxilində keçirilən mitinqlərdə və ictimai görüşlərdə prezidentliyə namizədlər və siyasi liderlər vətəndaşları mümkün qədər yüksək fəallıqla seçkilərə getməyə çağırırlar. Prezident seçkilərinin ikinci turunda SDSM və koalisiyanın ortaq namizədi Stevo Pendarovski ilə VMRO-DPMNE və onun koalisiyasının ortaq namizədi Qordana Siljanovska Davkova mübarizə aparacaq”.