BAYRAQDAR MEDİA – 2024-cü ilin təsdiq olunmuş fəaliyyət planına əsasən xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DİN DQ) Ali Hərbi Məktəbini ziyarət ediblər.
Xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.
Xəbərdə deyilir ki, “18 ölkədən 23 hərbi attaşelik aparatının nümayəndəsinin iştirak etdiyi ziyarətdə məktəbin rəisi general-mayor Elçin Məmmədov qonaqları salamlayıb, onları burada qəbul etməkdən məmnun olduğunu qeyd edib. Əvvəlcə qonaqlara DİN DQ-nin Ali Hərbi Məktəbinin tarixi və əsas fəaliyyət istiqamətləri barədə brifinq təqdim olunub. Brifinq başa çatdıqdan sonra hərbi attaşelər kursantların dərs prosesini izləyib, məktəbin ərazisində onlar üçün yaradılan şəraitlə tanış olublar”.