Press "Enter" to skip to content

Bu həftə biomüxtəliflik məsələsi müzakirə olunub

“BM söyləşiləri” proqramı çərçivəsində növbəti təqdimat

Son yeniləmə: 1 May 2024 09:13

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi Azərbaycanda keçiriləcək “COP 29” qardaş Türkiyənin də diqqət mərkəzindədir. Belə ki, Divan Araştırma ve Eğitim Derneğinə bağlı olan Türk Dünyası İzleme Merkezi reallaşdırdığı “BM söyləşiləri” proqramında məhz bu mövzuda silsilə müzakirələr aparılır.

“BM söyləşiləri”ndə “COP 29”a diqqət

Bu silsidən növbəti müzakirə isə biomüxtəliflik məsələsinə həsr edilib.

Təşkilatçılardan BAYRAQDAR MEDİA-ya daxil olan məlumata görə, Türk Dünyası Monitorinq Mərkəzinin təşkil etdiyi proqramda Qamze Altay “Biomüxtəliflik və konservasiya: Azərbaycanda biomüxtəlifliyin qorunması, iqlim dəyişikliyi ilə mübarizədə bioloji müxtəlifliyin rolu” mövzusunda təqdimatla çıxış edib: “G.Altay təqdimatında Azərbaycanın müxtəlif biocoğrafi ərazilərin kəsişmə nöqtəsi yerləşdiyini və Qafqaz Ekoloji Regionu üçün mühüm yerə sahib olduğunu bildirib. Bundan başqa, təqdimatda Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bioloji müxtəlifliyin qorunması üzrə fəaliyyət planları və milli proqramlar barədə daə geniş məlumat verilib”.

Xəbərdə, həmçinin “nadir və nəsli kəsilməkdə olan heyvan və bitki növlərinin qeydə alındığı Azərbaycanın Qırmızı Kitabının mahiyyətini izah edən G.Altay ölkədə biomüxtəlifliyə mənfi təsir göstərən amillərə toxunaraq təqdimatını yekunlaşdırıb. Təqdimatdan sonra iştirakçılar ekoloji tarazlıq və ekoloji terrorizm anlayışlarına, yaşayış mühitinin və heyvanlar aləminin mühafizəsi üçün hansı işlərin görülə biləcəyinə toxunaraq bu məsələlərlə bağlı fikirlərini bildiriblər” deyə əlavə edilib.

Mission News Theme by Compete Themes.