Son yeniləmə: 1 May 2024 14:08
BAYRAQDAR MEDİA – Bolqarıstan vətəndaşları artıq iyunun 9-da keçiriləcək seçkilər üçün seçici siyahılarına daxil olub-olmadıqlarını daimi ünvanlarını qeydiyyatdan keçirdikləri bələdiyyə administrasiyasının internet saytından yoxlaya bilərlər.
Radio Bolqarıstan xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Bildirilib ki, “seçici siyahıları iki növdür: Avropa Parlamentinin bolqarıstanlı üzvləri üçün və Xalq Assambleyasının deputatları üçün. Səsvermə hüququna malik Bolqarıstan vətəndaşları müvafiq seçici siyahısına daxil edilmədikləri halda, vəziyyəti düzəltmək üçün bələdiyyə rəhbərliyinə yazılı ərizə verə bilərlər”.