Son yeniləmə: 1 May 2024 12:01
BAYRAQDAR MEDİA – “Dövlət dəstəyi ilə sahibkarların yerli və xarici ölkələrdə keçirilən biznes-forum, sərgi və konfranslarda iştirakının təmin edilməsi ixracın artmasına əlverişli şərait yaradıb”.
BAYRAQDAR MEDİA xəbər verir ki, bunu Naxçıvanda “Sahibkarlar Günü: Naxçıvan Muxtar Respublikasının ixrac perspektivləri” mövzusunda keçirilən tədbirdəki çıxışı zamanı Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Abbas İsmayılov deyib.
O, qeyd edib ki, 2023-cü ildə Naxçıvanda istehsal olunan qida sənayesi, kənd təsərrüfatı, tikinti və mebel məhsulları 9 ölkəyə ixrac edilib: “2023-cü ildə verilmiş mənşə sertifikatlarının sayı 2022-ci illə müqayisədə 24,4 faiz, 2024-cü ilin ilk rübü ərzində bu göstərici isə ötən ilin eyni dövrü ilə müqayisədə 36 faiz artıb. Bu işlərin davamı olaraq Türkiyə ilə ticarət əməliyyatlarında yarana biləcək çətinliklərin operativ həll edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin məsul nümayəndələrindən ibarət işçi komissiyası yaradılıb”.