Press "Enter" to skip to content

Suya həssas rayonlar üzrə iqlim dəyişmələri

Tədbirdən görüntü

BAYRAQDAR MEDİA – Ekologiya Təbii Sərvətlər Nazirliyi (ETSN), Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) və BMT İnkişaf Proqramı Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Suya həssas rayonlar üzrə iqlim dəyişmələrinin təsirləri və həlli yolları” mövzusunda tədbir keçirilib.

Bu haqda ETSN-nin yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “Saatlı rayonunda keçirilən tədbirdə Azərbaycanın Milli Uyğunlaşdırma Planının İşçi qrupunun mütəxəssisləri, Özbəkistanın dövlət nümayəndələri, BMT-nin İnkişaf Proqramının Özbəkistan nümayəndəliyinin üzvləri də iştirak edib. Tədbirdə iqlim dəyişmələrinə həssas sektor kimi su sektoruna təsirlər və onlara uyğunlaşma qabiliyyətinin əhəmiyyəti vurğulanıb, eyni zamanda suya həssas rayonlar üzrə iqlim dəyişmələrinin təsirləri və həlli yolları mövzusunda təqdimatlar nümayiş etdirilib. Tədbirin davamı olaraq Saatlı rayonunda “MKT İK İnnovasiya Mərkəzində” 2 min 8 hektar pivot suvarma sisteminə baxış keçirilib və qonaqlara layihə barədə ətraflı məlumat verilib”.

Qeyd edək ki, pivot sistemlərin yaradılması suya həssas sektorlarda iqlim dəyişmələrinə uyğunlaşma vasitəsi kimi ən geniş yayılmış üsuldur.

Mission News Theme by Compete Themes.