Press "Enter" to skip to content

Naxçıvan QHT-ləri ilə görüş

Görüş zamanı

Son yeniləmə: 30 Aprel 2024 10:21

BAYRAQDAR MEDİA– Aprelin 29-da Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başlayıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya Agentlikdən məlumat verilib.

Proqramda iştirak edəcək heyətlə görüş
Proqramda iştirak edəcək heyətlə görüş

Bildirilib ki, “açılış mərasimindən öncə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi ziyarət olunub, önünə güllər düzülüb. Sonra Proqramda iştirak edəcək heyətlə görüş təşkil olunub. Görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təmsilçisi Günay Malikqızı, Naxçıvan MR-nın ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov və digər məsul şəxslər iştirak edib”.

Məlumata görə, görüşdə QHT-lərin cəmiyyətdə layiqli yer tutması, onların müsbət təşəbbüslərinin dəstəklənməsi bağlı Azərbaycan dövləti tərəfindən aparılan işlərin mahiyyəti, fəlsəfəsi izah olunub, QHT-lərin sualları cavablandırılıb və təklifləri dinlənilib: “QHT-lərin bilik və bacarıqları artırılmasının önəminə toxunulub, onlara “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı”nda uğurlar arzulanıb”.

Mission News Theme by Compete Themes.