Press "Enter" to skip to content

ADRA-da “Yer və Göy” adlı fərdi sərgi

Sözügedən sərgi

BAYRAQDAR MEDİA – Aprelin 29-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) Muzey-Sərgi Kompleksində Türkiyənin Mimar Sinan Güzel Sanatlar Universitetinin müəllimi Esen Baydemirin “Yer və Göy” (“Arş-ü Ferş”) adlı fərdi sərgisinin açılışı keçirilib.

Bu haqda ADRA-nın yaydığı xəbərdə qeyd edilir.

Xəbərdə bildirilir ki, “açılış mərasimində ADRA-nın rəhbər işçiləri, professor-müəllim heyəti, tələbələr və qardaş ölkədən bir sıra nümayəndələr iştirak ediblər. Sərgini açılış nitqi ilə ADRA-nın Elmi və yaradıcılıq işləri üzrə prorektoru, Xalq rəssamı, Prof. Fuad Salayev açaraq E.Baydemiri sərgisi münasibəti ilə təbrik edib. O, rəssamın əsərlərində incəliyin, kompozisiya quruluşunun, fəzada tarazlığın tapılmasının, rəng münasibətinin işlərə özəllik verməsini xüsusi vurğulayıb. ADRA Beynəlxalq mübadilə və əcnəbi tələbələrin tədrisi şöbəsinin müdiri Afaq Hüseynova öz növbəsində çıxış edərək sərgi iştirakçılarına işgüzar səfərdə olan ADRA-nın rektoru, Xalq rəssamı, Prof. Natiq Əliyevin və təhsil ocağının Beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq rəssamı, Prof. Səlhab Məmmədovun salamlarını çatdırıb. O, bu sərginin növbəti əməkdaşlığın başlanğıcı olacağını deyib”.

Daha sonra xəbərdə, “tədbirdə E.Baydemir isə çıxışında ilk növbədə isti qarşılanmaya və bu sərginin təşkilində göstərdiyi köməkliyə görə ADRA rəhbərliyinə minnətdarlığını bildirərək bu sərginin “qadın” və “ağac” mövzusundan ibarət olduğunu diqqətə çatdırıb. Rəssam bu formulun Orta Asiyadan, Anadoludan qaynaqlandığını “Ağaca dönən qadın – Dəfnə ağacı” əfsanəsindən ilhamlandığını vurğulayıb”.

Bildirək ki, E.Baydemir Mimar Sinan Güzel Sanatlar Üniversitesində Xalça və Kilim toxumalar ixtisası üzrə tədris aparır.

Qeyd edək ki, sözügedən sərgidə rəssamın 16 qobelen əsəri nümayiş olunur.

Sərgi mayın 8-dək davam edəcək.

Mission News Theme by Compete Themes.