BAYRAQDAR MEDİA – Mayın 17-də elm və təhsil naziri Emin Əmrullayev Masallı rayonunda vətəndaşları qəbul edəcək.
Bu haqda Elm və Təhsil Nazirliyinin (ETN) yaydığı xəbərdə qeyd edilir.
Xəbərdə bildirilir ki, “qəbulda Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad və Yardımlı sakinləri iştirak edə bilərlər. Adları çəkilən rayonların sakinləri 10 may saat 18:00-dək ETN Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə WhatsApp vasitəsilə müraciət göndərmək lazımdır”.