Son yeniləmə: 26 Aprel 2024 17:33
BAYRAQDAR MEDİA – Quzey Makedoniyada prezident seçkilərinin ikinci turu keçiriləcək. İkinci turda hazırkı prezident Stevo Pendarovski və müxalifətin təmsilçisi Qordana Siljanovska Davkova mübarizə aparacaq.
Bu arada isə Stevo Pendarovski mətbuat konfransı keçirib.
Yeni Balkan xəbər verir ki, o, mətbuat konfransında birinci turdan sonra hələlik heç nəyin dəqiq olmadığını və qalibin mayın 8-də bəlli olacağını deyib.
Məlumata əsasən, S.Pendarovski nəticənin gözləniləndən uzaq olduğunu bildirsə də, inandığı mütərəqqi, demokratik, firavan və Avropa Makedoniya konsepsiyasını təbliğ etmək üçün vətəndaşlarla görüşlərini davam etdirəcəyini bəyan edib: “Məlum olduğu kimi, birinci turda yeddi namizəd var idi və səslərin bu qədər bölünməsinin səbəblərindən biri də yəqin ki, bu idi. Mən sıfırdan başlayıram, biz yenidən başlayırıq. Sabahdan etibarən vətəndaşlarla görüşlərimizi davam etdirəcəyik və mənim vəzifəm son 20 gündə olduğu kimi, dərindən inandığım konsepsiyanı təbliğ etmək olacaq”.