Press "Enter" to skip to content

MEK əməkdaşları fövqəladə halları öyrənir

Məşğələ zamanı

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) əməkdaşlar üçün müvafiq qruplar üzrə fövqəladə hallar zamanı hərəkət qaydalarına dair praktiki məşğələlər keçirilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə qeyd olunur ki, “məşğələ kitabxanada mövcud olan təxliyə planına əsasən fövqəladə hallar zamanı (yanğın və zəlzələ) binanın tərk edilməsi qaydaları və hərəkət ardıcıllığı, binanı tərk edən əməkdaşların müəyyən edilmiş toplanma məntəqəsində cəmləşməsi, kitabxana daxilində bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə qabaqlayıcı tədbirlərin görülməsi, fövqəladə hallara (FH) qarşı hazırlıqlı olmağın yolları, həmin müddət zamanı təhlükəsizliyin təmin edilməsi və təşvişin yaranmaması haqqında maarifləndirici məqsəd daşıyır. Doqquz gün davam edəcək praktiki məşğələlər kitabxananın Mülki Müdafiə qərargahının rəisi Gülağa Cahangirov tərəfindən aparılır”.

Məşğələlər zamanı kitabxananın bütün mərtəbələri üzrə təxliyə planı dəqiqləşdirilir, əsas və ehtiyat çıxışları göstərilir və digər bu kimi fövqəladə hallar zamanı hərəkət qaydalarına aydınlıq gətirilir.

Mission News Theme by Compete Themes.