BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev aprelin 25-də Füzuli Beynəlxalq Hava Limanından Almaniyaya yollanıb.
Prezidentin mətbuat xidməti xəbər verir ki, aprelin 26-da ölkə başçısı Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak və çıxış edib.
Səfər çərçivəsində Prezident İlham Əliyevin Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub.
Daha sonra tərəflər geniş tərkibli heyətlərarası görüş keçiriblər.
Bu görüşün ardında İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirib.
Prezidentin mətbuat xidməti xəbər verir ki, İlham Əliyevin Almaniya xarici işlər naziri Annalena Beerbokla da ayrıca görüşü olub.