Press "Enter" to skip to content

BSU-da “Teleaparıcılığın sirləri” adlı görüş

Görüşdən görüntü

BAYRAQDAR MEDİA – Aprelin 25-də Bakı Slavyan Universitetində (BSU) tanınmış teleaparıcı Saleh Bağırovla jurnalistika ixtisasının tələbələri üçün “Teleaparıcılığın sirləri” adlı görüş keçirilib.

Bu haqda BSU-nun yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “tədbirdə açılış nitqi ilə çıxış edən Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə belə görüşlərin tələbələr üçün əhəmiyyətindən söz açıb. Görüş zamanı S.Bağırov tələbələrlə öz təcrübələrini bölüşüb. O, son zamanlar Azərbaycan dilində olan nitq problemləri, aparıcılıq sənəti ilə bağlı ətraflı məlumat verib”.

Tələbələrlə müzakirə formatında keçirilən görüşdə teleaparıcı onları maraqlandıran sualları cavablandırıb.

Mission News Theme by Compete Themes.