Press "Enter" to skip to content

Batı Trakya türklərinin problemləri ATƏT Toplantısında

İclas zamanı

Son yeniləmə: 26 Aprel 2024 12:13

BAYRAQDAR MEDİA – Yunanıstanın yanaşmas ucbatından Batı Trakyada azlıq hüquqlarına sahib ola bilməyən, dilini və dinini sərbəst şəkildə yaşaya bilməyən türklər problem yaşamaqda davam edir.

Məlumatı Kirim Haber Ajansı yayıb.

Bildirilib ki, “Batı Trakya Azlığı Ali Təhsillilər Dərnəyinin (BTAYTD) üzvü Kerem Abdurrahimoğlu 22-23 aprel 2024-cü il tarixlərində Avstriyanın paytaxtı Vyanada keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) İnsan Ölçüsünə dair Əlavə Yığıncağında iştirak edib.

İclasda Batı Trakya türklərinin yaşadığı problemləri dilə gətirən Kerem Abdurrahimoğlu dərnəklərdə “türk” sözünün qadağan edildiyini xatırladıb.

O, görüş zamanı 40 il əvvəl Gümülcine Türk Gənclik Birliyi (GTGB), İskeçe Türk Birliyi (İTB) və Batı Trakya Türk Müəllimlər Birliyinin (BTTÖB) Yunanıstan rəsmi qurumları tərəfindən bağlandığını xatırladıb.

Kerem Abdurrahimoğlu Rodop Əyaləti Türk Qadınları Kültür Dərnəyi və Meriç Vilayəti Azlıq Gənclik Dərnəyinin qeydiyyat müraciətlərinin Yunanıstan tərəfindən eyni səbəblə rədd edildiyini açıqlayıb. Bundan başqa o, Yunanıstanın Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) 16 il əvvəl çıxardığı qərarları icra etmədiyini bildirib.

Avropa Batı Trakya Türk Federasiyası (ABTTF) adından toplantıya qatılan Engin Soyyılmaz Yunanıstanın türk kimliyini rədd edərək dərnəkləri təzyiq altına aldığını və hədə-qorxu siyasəti yürütdüyünü vurğulayıb.

Mission News Theme by Compete Themes.