Press "Enter" to skip to content

MEK Həmkarlar Təşkilatında hesabat – seçki iclası

İclasdan görüntü

BAYRAQDAR MEDİA – Aprelin 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Həmkarlar Təşkilatının (HT) hesabat – seçki iclası keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə bildirilir ki, “tədbirdə MEK-in direktoru, texnika üzrə fəlsəfə doktoru, Dos. Hüseyn Hüseynov, AMEA Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru, Dos. Sənan Həsənov, şöbə müdirləri və əməkdaşlar iştirak ediblər. Tədbir zamanı çıxış edən H.Hüseynov Həmkarlar Təşkilatının fəaliyyətinin əməkdaşların əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsinin təmin edilməsində mühüm rol oynadığını vurğulayıb. Direktor dövlət tərəfindən bu sahə üzrə yeni sosial proqramlar hazırlandığını və həyata keçirildiyini də qeyd edib. İclasda MEK Həmkarlar Təşkilatının sədri Nazilə Həsənovanın 7 illik fəaliyyətinin hesabatı dinlənilib. Hesabat qənaətbəxş hesab olunub”.

İclasdan görüntü
İclasdan görüntü

Sonra xəbərdə, “daha sonra açıq səsvermə yolu ilə MEK Həmkarlar Təşkilatına yeni sədr və komitə üzvlərinin seçilməsi olub. MEK əməkdaşlarının yekdil qərarı ilə Günel Rəhimova Həmkarlar Təşkilatın sədri, komitə üzvləri və nəzarət təftiş komissiyasının üzvləri yeni heyətə seçiliblər. Sonda S.Həsənov məruzə ilə çıxış edərək, akademiyada gedən yenilikləri və islahatları diqqətə çatdırıb, əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi sahəsində yeni seçilən sədr və komitə üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb. Sədr həmçinin MEK əməkdaşlarının suallarını cavablandırıb” deyə bildirilir.

AMEA Azad Həmkarlar İttifaqının bu ilin sonunda keçiriləcək qurultayına H.Hüseynov və G.Rəhimova nümayəndə seçiliblər.

Mission News Theme by Compete Themes.