BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi aprelin 24-də Quzey Makedoniyada preizdent seçkilərinin birinci turu keçirilib.
Yeddi namizədin mübarizə apardığı birinci turda ən çox səs tolayan iki namizəd mayın 8-də keçiriləcək ikinci turda mübarizəni davam etdirəcək.
Yeni Balkan xəbər verir ki, ilkin nəticələrə görə, VMRO-DPMNE və onun koalisiyasının vahid namizədi Qordana Siljanovska Davkova ən çox (39,95 faiz ) səs toplayıb.
İkinci yerdə SDSM və onun koalisiyasının vahid namizədi Stevo Pendarovski qərarlaşıb. O, 19,91 faiz səs toplayıb.
Beləliklə, mayın 8-də keçiriləcək ikinci turda Gordana Siljanovska Davkova və Stevo Pendarovski mübarizə aparacaq.