Press "Enter" to skip to content

Gənc Tamaşaçılar Teatrı Özbəkistanda festivalda

Gənc Tamaşaçılar Teatrı

BAYRAQDAR MEDİA – Aprelin 26-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı qardaş Özbəkistanın Daşkənd şəhərində keçirilən “Uşaqlar XXI əsrdə” I Beynəlxalq Uşaq Teatrları – İT Festivalında çıxış edəcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “teatr festivalda gənc dramaturq Pərviz Seyidlinin pyesi əsasında hazırlanan “Ümid nəğməsi” adlı tamaşa ilə çıxış edəcək. Tamaşasının quruluşçu rejissoru Əməkdar artist Nicat Mir Kazımov, quruluşçu rəssam Nisə Həsənova, musiqi tərtibatçısı Zaur Rəşidovdur. Psixoloji dram janrında hazırlanan səhnə əsərində aktyorlar Sevinc Əziz, Sənan Kazımov, Nurlan Süleymanlı, Hüseyn Bayramov və Səbinə Məmmədzadə iştirak edirlər”.

Autizm sindromu olan oğlanın ailəsi ilə yaranan mürəkkəb münasibətlərinin fonunda bəşəri duyğularla həmahəng səslənən tamaşada insanların bir-birinə dəstək olmasının vacibliyindən, dar məqamda adi təsəlliedici sözün ümid nəğməsinə çevrilməsindən bəhs edir. Bu nəğmənin sədası isə zəlzələ zamanı dağıntılar altında qalan ailənin xilasına çevrilə bilər.

Mission News Theme by Compete Themes.