Press "Enter" to skip to content

Daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” barəsində məlumatlılığı artırmaq məqsədilə Ağdaş və Göyçay rayonlarında ictimai dinləmələr təşkil olunacaq.

Bu barədə Nazirliyin məlumatında qeyd olunub.

Bildirilib ki, “tədbirlərdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, eləcə də müraciət və iştirak qaydalarına dair iştirakçılara ətraflı məlumat veriləcək. İctimai dinləmələr 26 aprel 2024-cü il tarixində saat 13:00-da Ağdaş şəhərində, S.Vurğun adına 1 saylı tam orta məktəbin binasında (Ağdaş şəhəri, Heydər Əliyev prospekti, 123) və həmin gün saat 15:00-da Göyçay şəhərindəki Peşə Hazırlığı Mərkəzində (Göyçay şəhəri, Rəsul Rza küçəsi, 70) keçiriləcək”.

Mission News Theme by Compete Themes.