Press "Enter" to skip to content

19 mindən çox bakalavr ərizə təqdim edib

Son yeniləmə: 25 Aprel 2024 15:13

BAYRAQDAR MEDİA – Xəbər verildiyi kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (II cəhd) keçiriləcək.

Bu arada bəlli olub ki, ərizələrin qəbulu internet vasitəsilə martın 28 dən aprelin 8-dək aparılıb.

DİM-dən verilən məlumata əsasən, imtahanda iştirak etmək üçün 19 min 716 bakalavr ərizə təqdim edib: “Onlardan 18 min 420 nəfər Azərbaycan bölməsi, 1 min 296 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 12 min 454-ü cari ilin, 7 min 262-si isə əvvəlki illərin məzunlarıdır, 45 nəfər xarici ölkə vətəndaşıdır”.

Məlumatda deyilir ki, qəbul imtahanı Bakıda 56, Sumqayıtda 5, Abşeronda 4, Gəncədə 6, Naxçıvanda 2, Mingəçevirdə 3, Lənkəranda 2 binada təşkil olunacaq: “Bakıda 14 min 573, Naxçıvanda 536, Gəncədə 1 min 310, Sumqayıtda 1 min 358, Abşeronda 964, Mingəçevirdə 581, Lənkəranda 394 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 78 ümumi rəhbər, 218 imtahan rəhbəri, 1 min 799 nəzarətçi-müəllim, 264 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunacaq. İmtahanda 11 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) bakalavrlar da iştirak edəcək. Bu bakalavrların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib”.

Mission News Theme by Compete Themes.