BAYRAQDAR MEDİA – Meşə yanğınlarının qarşısının alınması məqsədi ilə 1 və 15 saylı Regional Meşə Təsərrüfatı Mərkəzlərinin, FHN-in Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının və rayon sakinlərinin iştirakı ilə Astara və Qəbələ rayonlarında “Yanğın təhlükəsizliyi” mövzusunda praktiki təlim keçirilib.
Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, “təlimdə meşə və yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı profilaktik tədbirlərin səmərəliliyinin artırılması, yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti müzakirə edilib, yanğınların söndürülməsi metodları əyani olaraq göstərilib”.