Press "Enter" to skip to content

Səfir Azərbaycanın “Avroviziya – 2024” təmsilçilərini qəbul edib

Səfirlə görüş

BAYRAQDAR MEDİA – Azərbaycanı “Avroviziya – 2024” mahnı müsabiqəsində təmsil edəcək FAHREE və İlkin Dövlətov İsveç səfirinin qonağı olub. Bu il müsabiqəyə ev sahibliyi edəcək İsveç Krallığının Azərbaycandakı səfiri Tobias Lorentzson onlarla görüşdə dəstəyini ifadə edib uğurlar arzulayıb.

Xəbər BAYRAQDAR MEDİA-ya İTV-dən daxil olub.

Bildirilir ki, “səfirliyin ticarət və mədəniyyət məsələləri üzrə müşaviri Sirus Rüstəmovun da iştirak etdiyi görüş Azərbaycanın tarixində vacib rol oynamış isveçli Nobel ailəsinin iqamətgahında, qeyri-rəsmi formatda keçirilib. İfaçıların bu barədə təəssüratları onların Instagram səhifələrində və nümayəndə heyətinin rəsmi hesabında paylaşılıb. Təmsilçilərimiz səfirlə həmsöhbət olmaqdan məmnun qaldıqlarını, ondan faydalı məsləhətlər aldıqlarını və hər iki ölkənin mədəniyyəti haqqında səmimi ovqatda müzakirə apardıqlarını qeyd ediblər”.

O da əlavə edilir ki, “FAHREE və İlkin İsveçin Azərbaycandakı səfirliyinə Avroviziya final gecəsinin birgə baxışını təşkil etdikləri üçün təşəkkürlərini bildiriblər. Birgə baxışa Azərbaycanı Avroviziyada öncəki illərdə təmsil etmiş ifaçılar və müsabiqənin fan-cəmiyyətlərinin üzvləri də dəvət olunublar”.

Mission News Theme by Compete Themes.