BAYRAQDAR MEDİA – Aprelin 24-də qardaş Qırğızıstanın Prezidenti Sadır Caparov Azərbaycana dövlət səfərinə yollanıb.
Xəbəri BAYRAQDAR MEDİA-ya Qırğızıstan Prezidentinin Administrasiyasından veriblər.
Bildirilir ki, səfər iki gün davam edəcək. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli danışıqlar nəzərdə tutulub. Eyni zamanda prezidentlər Ermənistanın işğalından azad edilmiş Ağdamın Xıdırlı kəndində Qırğızıstanın tikəcəyi məktəbin təməlini atacaqlar.
O da qeyd edilir ki, qardaş ölkənin Prezidentini bu səfərdə nazirlərdən ibarət geniş heyət müşayiət edir.