Son yeniləmə: 24 Aprel 2024 10:18
Türk Dünyası İzleme Merkezi tərəfindən “COP 29 Azerbaycan” mövzusunda müzakirələrin üçüncüsü keçirilib
BAYRAQDAR MEDİA – Azərbaycanda keçiriləcək “COP 29” qardaş Türkiyənin də diqqət mərkəzindədir. Belə ki, Divan Araştırma ve Eğitim Derneğinə bağlı olan Türk Dünyası İzleme Merkezi reallaşdırdığı “BM söyləşiləri” proqramında məhz bu mövzuda silsilə müzakirələr aparılır.
Həm Dərnəyin, həm də Mərkəzin sosial şəbəkə hesablarından edilən paylaşımda deyilir ki, proqramı çərçivəsində “COP 29 Azerbaycan” mövzusunda müzakirələrin üçüncüsü aprelin 23-də keçirilib.
📍Türk Dünyası İzleme Merkezi olarak bugün "Azerbaycan'da İklim Değişikliğinin Yol Açtığı Doğal Afetler, Özellikle Sel ve Kuraklık Gibi Olaylar" başlıklı programımızı gerçekleştirdik. Sunumunu yapan Betül Sümer'e ve dinleyen arkadaşlarımıza teşekkür ederiz. pic.twitter.com/MLS36TYvdz
— Türk Dünyası İzleme Merkezi (@TurkDunyasiMer) April 23, 2024
Üçüncü müzakirədə Betül Sümer “Azərbaycanda iqlim dəyişikliklərinin səbəb olduğu təbii fəlakətlər, xüsusilə sel və quraqlıq kimi hadisələr” adlı təqdimatla çıxış edib.
Xatırladaq ki, bundan öncə, aprelin 9-da keçirilən müzakirədə Yeşim Saraçoğlu “İqlim dəyişikliyi və kənd təsərrüfatı istehsalı: Azərbaycan kənd təsərrüfatına iqlim dəyişikliyi necə təsir edir və kənd təsərrüfatı sektorunda ortaya çıxan çətinliklər” adlı təqdimatla çıxış etmişdi.