BAYRAQDAR MEDİA – Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və “Araz” supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.
Bu haqda ETSN-nin yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “aksiyada Nazirliyin və “Araz” supermarketlər şəbəkəsinin əməkdaşları, həmçinin ekokönüllülər iştirak ediblər. Aksiya çərçivəsində Müşfiqabad qəsəbəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib”.
Qeyd edək ki, aksiyanın məqsədi ekoloji vəziyyətin sağlamlaşdırılmasına, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək, ictimaiyyətin diqqətini bu sahəyə cəlb etmək və iştirakçılığını artırmaqdır.