Press "Enter" to skip to content

MEK-in direktor müavini kollektivə təqdim edilib

Oruc Quliyev kollektiv qarşısında çıxış edərkən

BAYRAQDAR MEDİA – Aprelin 22-də AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) elektron xidmətlər və informasiya resursları üzrə yeni direktor müavini, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev kollektivə təqdim olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə qeyd olunur ki, “tədbiri MEK-in direktoru texnika üzrə fəlsəfə doktoru, Dos. Hüseyn Hüseynov açaraq bildirib ki, bir əsrə yaxın fəaliyyəti dövründə ölkənin ən iri kitabxana-informasiya müəssisələrindən birinə çevrilən kitabxana Azərbaycan elminin inkişafında, elmi kadrların yetişdirilməsində əvəzsiz rol oynayıb. Qeyd edib ki, ötən illər ərzində əsaslı inkişaf yolu keçən MEK-ə ölkə rəhbərliyi tərəfindən daim diqqət göstərilib, burada beynəlxalq standartlara uyğun səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb. Direktor kitabxananın tamamilə elektronlaşdırılması istiqamətində Akademiya rəhbərliyi tərəfindən ardıcıl tədbirlər görüldüyünü də nəzərə çatdırıb. Elektron xidmətlər və informasiya resursları üzrə yeni direktor müavinini kollektivə təqdim edən H.Hüseynov onun bioqrafiyası haqqında qısa məlumat verib”.

Tədbirdə AMEA Rəyasət Heyəti aparatının İnsan resursları şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud və MEK-in elmi katibi Şəbnəm Rüstəmova çıxış edərək yeni təyinat münasibəti ilə O.Quliyevə işində uğurlar arzulayıblar.

Mission News Theme by Compete Themes.