Son yeniləmə: 23 Aprel 2024 10:43
DEM Parti qapadılmalıdır
BAYRAQDAR MEDİA – Terror təşkilatı PKK-nın siyasi qanadı olan DEM Parti Diyarbəkirdə 31 mart yerli seçkilərində qalib gəldikdən sonra ciddi etirazlara səbəb olan bir qərar verib. Bu qərara əsasən, Bələdiyyə Məclisi salonunda Türkiyə bayrağı götürülüb.
Bu barədə Türkgün Gazetesi məlumat yayıb.
Bildirilib ki, “dekabr ayında çəkilən fotoşəkillərdə Türkiyə bayrağının salonda olduğu görülərkən, aprel ayında çəkilən fotoşəkillərdə onun çıxarıldığı diqqət çəkib. Bu hadisədən sonra DEM Partinin Diyarbəkir Bələdiyyəsi rəsmi internet saytında növbəti oxşar qalmaqalla gündəmə gəlib”.
Məlumata görə, DEM Partinin Diyarbəkir Bələdiyyəsinin rəsmi saytındakı Türkiyə bayrağının yığışdırıldığı məlum olub: “Bayraq şəklinin yerləşdiyi ərazinin fonunda səma şəkli rəqəmsal manipulyasiyalarla işıqlandırılıb və bayraq rəsmi saytdan tamamilə silinib”.
Bu addım MHP lideri Devlet Bahçeli tərəfindən də ciddi etirazla qarşılanıb.
Türkgün Gazetesi xəbər verir ki, MHP lideri övlət Baxçalı 23 aprel mesajında DEM Partinin dərhal qapadılması tələbini irəli sürüb: “Türk bayrağını qəbul edə bilməyən şərəfsizlərin dərhal Türkiyə Cümhuriyyəti vətəndaşlığından çıxarılması, mülklərinin müsadirə edilməsi, eləcə də DEM Parti haqqında qapadılma iddiası qaldıraraq, separatçı millət vəkillərinin toxunulmazlığının götürülməsi, müfəttiş təyin edilməsilə gecikməyə və vaxt itirməyə yol verilməsindən imtina edilməsi tarixə, əcdadlara, Vətənə və millətə şərəf borcudur”.