Son yeniləmə: 23 Aprel 2024 14:45
BAYRAQDAR MEDİA – “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) 2024-cü ilin birinci rübü ərzində qiymətli metalların pərakəndə satış bazarında fəaliyyətini uğurla davam etdirib.
Bu barədə BAYRAQDAR MEDİA-ya QSC-dən məlumat verilib.
Bildirilib ki, “sözügedən dövr ərzində “AzerGold” QSC-nin rəsmi satış və mübadilə mərkəzində qızıl və gümüş sikkə, eləcə də qızıl külçələrin satışından 3 milyon 56 min 254 manat gəlir əldə edilib. Bu, ötən ilin eyni dövri ilə müqayisədə pərakəndə satış gəlirlərində 8% artım deməkdir.Səhmdar Cəmiyyəttərəfindən sözügedən dövr ərzində 713 unsiya qızıl, 8 unsiya gümüş məhsullarının pərakəndə satışı həyata keçirilib”.
Qeyd edilib ki, AzerGold” QSC ilk dəfə 2018-ci ildə yerli qızıl və gümüş xammalından istehsal etdiyi sikkə və külçələri 2019-cu ildən pərakəndə bazarda satışa təqdim edib: “Aprelin 1-də ümumi çəkisi 9,787 unsiya olan qızıl sikkə və külçələr, ümumi çəkisi 533 unsiyaolan gümüş sikkələrin pərakəndə satışından36 milyon 286 min 200 manat vəsait əldə edilib”.