Son yeniləmə: 22 Aprel 2024 10:02
Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin sədr müavini Bakıda media təmsilçiləri ilə bir araya gələcək
BAYRAQDAR MEDİA – Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin sədr müavini Prof. Dr. Ahmet Emre Bilgili Azərbaycanda səfərdədir.
Bu barədə BAYRAQDAR MEDİA-ya qardaş ölkənin Azərbaycandakı səfriliyindən məlumat verilib.
Hakikaten 40 yıllık dostluğumuz olan değerli Büyükelçimiz Doç. Dr. Cahit Bağcı Hocaya ev sahipliği için çok teşekkürler.🙂 https://t.co/jSttOM5fyc
— Ahmet Emre Bilgili (@aebilgili) April 20, 2024
Məlumata əsasən, Prof. Dr. Ahmet Emre Bilgili aprelin 22-də Bakı Beynəlxalq Maarif Məktəbində media təmsilçiləri ilə bir araya gələrək, açıqlamalar verəcək.
BAYRAQDAR MEDİA xəbər verir ki, Prof. Dr. Ahmet Emre Bilgili 1960-cı ildə Adanada anadan olub.
O, ibtidai, orta və lisey təhsilini Adanada bitirib.1986-cı ildə Hacettepe Universitetinin Sosiologiya fakültəsini bitirib. Magistratura və doktorantura təhsilini Memar Sinan Universitetinin Sosial Elmlər İnstitutunun Sosiologiya şöbəsində başa vuran Prof. Dr. Ahmet Emre Bilgili 1993-1994-cü illərdə Yüzüncü Yıl Universitetində dosent, 1995-1999-cu illərdə isə həmin universitetdə Fən və Ədəbiyyat Fakültəsinin Sosiologiya şöbəsinin müdiri vəzifəsində çalışıb.
Minyatür Kitap Müzesi
📍 İçeri Şehir – Bakü pic.twitter.com/EEetInh25V— Cahit Bağcı (@cahitbagci) April 21, 2024
Bundan başqa, o, 1999-2016-cı illərdə Marmara Universitetində professor, 2004-2015-ci illərdə Mədəniyyət və Turizm Nazirliyinin İstanbul İl müdiri, 2008-2010-cu illər arasında 2010-cu il Avropa Mədəniyyət Paytaxtı Agentliyində İdarə Heyətinin sədr müavini vəzifələrində işini çalışıb.
“Qadın və ailə siyasətləri”, “Uşaq-Küçə Uşaqları”, “Doğu və Güneydoğu Anadolunun sosial quruluşu”, “Şəhər-mədəniyyət-turizm siyasətləri”, “Xüsusi istedadlı uşaqların təhsili”mövzularında araşdırmalar aparan Prof. Dr. Ahmet Emre Bilgili, müxtəlif qeyri-hökumət təşkilatlarında direktorlar şurasının üzvü, təşkilatın sədr müavini, direktorlar şurasının sədri və direktorlar şurasının sədr müavini vəzifələrində çalışıb.
Prof. Dr. Ahmet Emre Bilgili 6 avqust 2021-ci ildən milli təhsil nazirinin müavini vəzifəsində çalışır.
Türkiyənin Maarif Vəqfində İdarə Heyətinin sədr müavini vəzifəsində fəaliyyətini davam etdirən Prof. Dr. Ahmet Emre Bilgili evli və üç uşaq atasıdır.
Uluslararası Maarif Dergisi'nin 7️⃣. sayısında yer alan Prof. Dr. Ahmet Emre Bilgili’nin Eğitimde Kültürel Duyarlılık adlı yazısı şimdi sesli olarak ❝𝐌𝐚𝐚𝐫𝐢𝐟 𝐏𝐨𝐝𝐜𝐚𝐬𝐭❞ kanalımızda.🎙️
Vakfımız tarafından hazırlanan eğitim çalışmalarını #Spotify, #ApplePodcast,… pic.twitter.com/7QxFowGPcn
— Türkiye Maarif Vakfı (@TMaarifVakfi) June 4, 2023