Press "Enter" to skip to content

Nazir vətəndaşları qəbul edəcək

Kənd Təsərrüfatı Nazirliyi

Son yeniləmə: 22 Aprel 2024 11:00

BAYRAQDAR MEDİA – Kənd təsərrüfatı naziri Məcnun Məmmədov aprelin 26-da saat 09:00-da Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Ağstafa, Qazax və Tovuz rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 22-də Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək. Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinə (077-299-57-80) müraciət edə bilərlər”.
Məlumata görə, qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar: “Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər”.

Mission News Theme by Compete Themes.