Press "Enter" to skip to content

MEK-də yeni daxil olan nəşrlərin sərgisi

Yeni nəşrlərin sərgisi

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) yeni daxil olan ədəbiyyatların sərgisi keçirilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə bildirilir ki, “MEK-in sərgi salonunda cari ay ərzində davam edəcək sərgidə müxtəlif elm sahələrini əhatə edən “Böyük qayıdış: Post müharibə dövründə siyasət və etika məsələləri”, “Vətənim mənim”, “Şuşa-Suziana mixiyazılı abidələrinin dili”, “Qərbi Azərbaycan xalçaları: tarixi naxış yaddaşımız”, “Borçalı nahiyəsinin kameral təsviri”, “Qanunvericilik lüğəti” (2 cilddə), “AMEA-nın tabeliyində olan və əhatə etdiyi elmi müəssisələrin 2023-cü ildəki elmi fəaliyyəti haqqında: hesabat”(2 cilddə), “Linqvistik tipologiya”, “Azərbaycan dilində felin tərz kateqoriyası”, “Talış dilinin leksikası”, “Təsviri və dekorativ tətbiqi sənət məsələləri xüsusi buraxılış”, “Sənayenin avtomatlaşdırılmasının əsasları”, “Kommunikasiya prosesində qeyri- verbal ünsiyyət vasitələrinin rolu”, “Bir taleli iki insan”, “Marketinq strategiyası”, “Sosial psixologiya” və s. nəşrlər yer alıb”.

Sərgilənən nəşrlər sırasında Azərbaycan dili ilə yanaşı, müxtəlif dillərdə bədii ədəbiyyat nümunələri, şəxsi inkişaf və psixologiya, görkəmli şəxsiyyətlərə həsr olunmuş avtobioqrafik əsərlər, dünya şəhərləri və mədəniyyət mərkəzləri haqqında maraqlı faktların və məlumatların yer aldığı kitablar, jurnallar da mövcuddur.

Mission News Theme by Compete Themes.