Son yeniləmə: 22 Aprel 2024 10:46
BAYRAQDAR MEDİA – London şəhərinin əsas meydanı olan Trafalqar meydanında London meriyası tərəfindən hər il ənənəvi olaraq keçirilən və Ramazan bayramına həsr olunmuş festival təşkil olunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycanın Britaniyadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, “tədbirdə müxtəlif xalqların nümayəndələri öz mədəniyyət nümunələrini təqdim ediblər. Festivalda Azərbaycanı peşəkar xoreoqraf və Britaniyada fəaliyyət göstərən Azərbaycan rəqsləri məktəbinin təsisçisi Səkinə Muxtarlı təmsil edib. Onun nümayiş etdirdiyi “Tərəkəmə” milli rəqsi minlərlə tamaşaçı tərəfindən böyük coşqu ilə qarşılanıb”.
Məlumata görə, tədbiri işıqlandıran Britaniya mediası Azərbaycan milli geyimində rəqs edən Səkinə Muxtarlının fotosunu festivalla bağlı xəbərin manşet fotosu kimi təqdim edib.
Today, thousands of Londoners and tourists of all faiths joined the @MayorofLondon’s Eid celebration event at Trafalgar Square.
Proud to be seeing the Azerbaijani folk dance “Tarakama”, performed by Sakina Mukhtarli. A big thanks to @artynumpty for organising a showcase. pic.twitter.com/Efj06rRfDQ
— Farah 🤍 (@FarahG777) April 20, 2024