Son yeniləmə: 22 Aprel 2024 11:00
BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 276 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” və 22 aprel-Beynəlxalq Yer Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 22-də BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, “ağacəkmə aksiyasında BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, millət vəkili Sadiq Qurbanov, İdarənin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər. Öncə qonaqlar məktəbin həyətində şagirdlərin əl işlərindən ibarət “Yaşıl gələcək” adlı rəsm sərgisinə baxış keçiriblər. Daha sonra məktəbin həyətyanı sahəsində müxtəlif ağac tingləri və gül kolları əkilib”.
Qeyd edilib ki, aksiyanın keçirilməsinin əsas məqsədi yaşıllıqlara qayğı ilə yanaşmağın zəruriliyinə diqqət çəkmək və ekoloji mədəniyyəti, təbiətə həssas münasibəti təbliğ etməkdən ibarətdir.