BAYRAQDAR MEDİA – Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova Qırğızıstan Prezidenti Sadır Caparovun “Qırğız Respublikasının dövlət mükafatları ilə təltif olunma haqqında” Fərmanı ilə türk xalqları arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsində mühüm töhfələrinə görə “Dank” ordeni ilə təltif olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Fonddan daxil olub.
Xəbərdə deyilir ki, “mükafatlandırma mərasimi S.Caparovun 18-19 aprel 2024-cü il tarixlərində Qazaxıstana səfəri çərçivəsində Astanada keçirilib. Mərasimdə “Dank” ordeni A.Raimkulovaya Qırğızıstan Dövlət katibi Süyünbek Kasmambetov tərəfindən təqdim olunub”.