Press "Enter" to skip to content

Hərbi ekspertdən təklif

Emin Həsənli

Son yeniləmə: 19 Aprel 2024 14:49

Emin Həsənli: Məktəblərdə “Zəfər tarixi” adı altında ümumiləşmiş dərslər keçirilsin

BAYRAQDAR MEDİA – “Orta məktəblərdə davamlı olaraq şəhid ailələri ilə, xüsusilə də hər məktəbin şəhid məzunun ailəsi ilə görüşlər keçirilməlidir. Bu bütün mənalarda önəmli və vacibdir. Bu bizim şanlı tariximizin məktəblilər arasında təbliği üçün da önəmlidir. Məktəblilər bilməlidir ki, bizim qədim tariximizdə olduğu kimi, müasir tariximizdə də qəhrəman, igid, vətənprəvər övladlaırmız var”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli deyib.

O, qeyd edib ki, məktəblərdə şəhid guşaləri yaradılıb: “Bu olduqca təqdirəlayiqdir. Hesab edirəm ki, bu guşələr qarşısında ara-sıra açıq dərslər keçirilməlidir. Eyni zamanda məktəbin məzunu olan qazilərlə məktəblilərin görüşləri keçirilməldir. Deyək ki, açıq dərslərə o qazilər bir-bir, yaxud, ikisi, üçü birdən dəvət ediləməlidir. Bir dərs saatı müddətində qazilər öz döyüş yollarından danışmalıdırlar. Yəni şəhidlərin, qazilərin yada salınması təkcə anım, yaxud zəfər günlərində olmamalıdır. Bu ilboyu davam etməlidir”.

E.Həsənlinin sözlərinə görə, tarix, ədəbiyyta, sinifdən xaric oxu dərslərtində də ağırlıq bu məsələyə verilməldir: Ümumiyyətlə yaxşı olar ki, məktəblərdə “Zəfər tarixi” adı altında ümumiləşmiş dərslər keçirilsin. Bu gənclik üçün vacibdir. Gələcək gənclərindir və onlar bu günə necə gəldiyimizi bilməlidirlər. Bilməlidirlər ki, qalib Azərbaycana gələcəkdə sahib çıxa bilsinlər. Həm də onlar düşmənimizin kimliyini heç zaman unutmamalıdırlar. Çünki öz tarixinə sahb çıxmayan xalqlar gec-tez müstəqilliklərini, azadlıqlarını itiririlər”.

Mission News Theme by Compete Themes.