Press "Enter" to skip to content

Daha bir aktual müzakirə

İctimai dinləmə zamanı

Miqrantların yerli cəmiyyətə inteqrasiyası məsələlərində QHT-lərin rolu müzakirə edilib

BAYRAQDAR MEDİA – Aprelin 18-də “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi və Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın birgə təşəbbüsü ilə “Miqrantların yerli cəmiyyətə inteqrasiyası məsələlərində QHT-lərin rolu” mövzusunda ictimai dinləmə keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya İctimai Birlikdən məlumat verilib.

Bildirilib ki, “tədbir Zoom platforması üzərindən onlayn formatda keçirilib. İctimai dinləmədə Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev, “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimov, DMX yanında İctimai Şuranın sədri Ramil İskəndərli, sədr müavini Rahilə Mehdiyeva, Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov, Konstitutisya Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev və digər QHT sədrləri iştirak ediblər. Tədbirin gedişində çıcışlar edilib və təkliflər səsləndirilib”.

Məlumata əsasən, tədbirin məqsədi QHT-lərin miqrantların yeni mühitə uyğunlaşmasına, sosial və iqtisadi həyatda fəaliyyət göstərməsinə və mədəni müxtəlifliyin qorunmasına dəstəyi məsələlərin müzakirəsi olub: “Miqrantların hüquqlarının müdafiəsi, onların maraqlarının təmsil olunması və onlara xidmətlərin göstərilməsi istiqamətində fəaliyyəti və bu sahədə təşkilatların təcrübə mübadiləsi müzakirə obyekti olmuşdur”.

Mission News Theme by Compete Themes.