Son yeniləmə: 19 Aprel 2024 16:00
BAYRAQDAR MEDİA – Denizli Böyükşəhər Bələdiyyəsi 23 Nisan Ulusal Egemenlik ve Çocuk Bayramı tədbirləri çərçivəsində uşaqların əylənməsi üçün xüsusi proqramlar hazırlayıb.
Bələdiyyənin yaydığı məlumata əsasən 20-23 aprel tarixləri arasında pulsuz proqramlar Böyükşəhər Bələdiyyəsi Nihat Zeybekci Konqres və Mədəniyyət Mərkəzində və burada yerləşən Denizli Elm Mərkəzində keçiriləcək.
20 Aprel Şənbə günü saat 13.00-da Elm Mərkəzi Çalıştayı ilə başlayacaq tədbirlər çərçivəsində muxtəlif teatr və musiqi proqramları təşkil ediləcək.