Press "Enter" to skip to content

1-ci rübdə iki mindən çox müraciət daxil olub

Son yeniləmə: 19 Aprel 2024 11:49

BAYRAQDAR MEDİA – 2024-cü ilin birinci rübü ərzində Energetika Nazirliyi və tabeli qurumlara 2052 vətəndaş müraciəti daxil olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 19-da Nazirlikdən məlumat verilib.

Bildirilib ki, “müraciətlərin 1662-si müvafiq qaydada icra edilib, 240-ı isə məlumat xarakterli olub (müraciətin geri götürülməsi, təşəkkür və digər). 150 müraciət isə icradadır. Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma, texniki şərtin verilməsi, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, qaz təchizatı, sayğaclaşma, bərpa olunan enerji, icazələrin verilməsi və digər mövzularla bağlı olub”.

Məlumata görə, hesabat dövründə Nazirliyin Aparatının və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 87 vətəndaş qəbul edilib və qəbullarda səsləndirilən müraciətlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Mission News Theme by Compete Themes.