Son yeniləmə: 18 Aprel 2024 09:57
BAYRAQDAR MEDİA – Bolqarıstanda seçkiqabağı maraqlı proseslər baş verir.
Radio Bolqarıstan xəbər verir ki, üzvləri ilə geniş məsləhətləşmələrdən sonra “Zeleno dvijenie” (Yaşıl Hərəkat) Partiyası “Prodaljavame promyanata” – “Demokratik Bolqarıstan” (PP-DB) koalisiyası ilə yollarını ayırıb.
Məlumata əsasən, partiya iyunun 9-da keçiriləcək Avropa və növbədənkənar parlament seçkilərinə təkbaşına gedəcək: “Partiyadan verilən açıqlamada, deyilir ki, mövcud format demokratik prinsiplərin qorunmasında və Bolqarıstan üçün əsaslı islahatların təbliğində kifayət qədər effektiv olmadığını sübut etdi”.