Press "Enter" to skip to content

Rəşad Mehdili: Bu məlumatlar həqiqəti əks etdirmir

Rəşad Mehdili

BAYRAQDAR MEDİA – “Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarının yubanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Belə ki, pensiyaların ödənişində hər hansı bir gecikmə yoxdur”.

Bunu Dövlət Sosial Müdafiə Fondunun PR departamentinin müdiri Rəşad Mehdili deyib.

O, qeyd edib ki, respublika üzrə aprel ayının pensiylarının ödənişi davam etdirilir: “Aprelin 9-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə, aprelin 15-dən isə respublikanın ayrı-ayrı rayonlarında qeydiyyatda olan pensiyaçıların pensiyaları ödənilib”.

R.Mehdili əlavə edib ki, hazırda güzəştli şərtlərlə pensiya alan şəxslərin pensiyalarının ödənişi davam edir: “Aprelin 19-da maliyyələşmənin tam başa çatdırılması nəzərdə tutulub. Bununla da aprel ayı başa çatmamış aprel ayının pensiyalarının ödənişi yekunlaşdırılacaq”.

Mission News Theme by Compete Themes.