BAYRAQDAR MEDİA – Mədəniyyət naziri Adil Kərimli tərəfindən İmişli şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulu tarixi dəyişdirilib.
Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “A.Kərimli tərəfindən İmişli şəhərində 19 aprel tarixində saat 10:00-da İmişli rayonu Heydər Əliyev Mərkəzində (Ünvan: İmişli şəhəri, 20 Yanvar küçəsi 2) Beyləqan, İmişli, Saatlı, Sabirabad rayonlarından olan vətəndaşların qəbulu tarixi dəyişdirilib. Qəbulun tarixi haqqında məlumat nazirliyin rəsmi internet resurslarında əvvəlcədən yerləşdiriləcək”.