Press "Enter" to skip to content

Naxçıvanda nağdsız əməliyyatların həcmi artıb

Naxçıvan

BAYRAQDAR MEDİA – Nağdsız hesablaşmaların stimullaşdırılması, müvafiq infrastrukturun təkmilləşdirilməsi, əməliyyatların və hesablaşmaların şəffaflığının təmin olunması Naxçıvan Muxtar Respublikasında nağdsız ödənişlərin həcminə müsbət təsir göstərməkdə davam edir.

BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, 2024-cü ilin yanvar-mart aylarında muxtar respublikada nağdsız əməliyyatların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artıb: “Cari ilin 3 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin 23,1 milyon manatı POS-terminalların, 193 milyon manatı isə internet və digər ödəniş vasitələrinin payına düşüb”.

Qeyd edilib ki, 2023-cü ildə muxtar respublikada nağdsız əməliyyatların həcmi 2022-ci illə müqayisədə 3 dəfə artaraq 617,6 milyon manat olub: “01.04.2024-cü il tarixə muxtar respublikada 5229 POS-terminal aparatı quraşdırılıb ki, bu da 01.01.2023-cü illə müqayisədə 1,4 dəfə çoxdur”.

Mission News Theme by Compete Themes.