Son yeniləmə: 18 Aprel 2024 17:01
BAYRAQDAR MEDİA – Bolqarıstan seçkilərə hazırlaşsa da ölkədə siyasi gərginlik səngimir.
Bu arada isə “Vazrajdane” partiyasının lideri Kostadin Kostadinov bildirib ki, müxalifət Dimitar Qlavçevin başçılıq etdiyi müvəqqəti hökumətə etimadsızlıq səsverməsi tələb edir.
Məlumatı Radio Bolqarıstan yayıb.
Məlumata görə, istefaya dair qətnamə layihəsini “Vızrajdane”, BSP və “İma təkav narod” partiyalarından 67 deputat imzalayıb.
Qətnamə müəllifləri etimadsızlıq səsverməsini tələb etmək səbəbini müvəqqəti hökumətin “ədalətli seçkilərin” keçirilməsinin mümkünlüyünü şübhə altına alan addımları ilə əlaqələndirib.
K.Kostadinov, “Bu kabinetin təyin olunmasından bir həftə sonra, GERB sədri Boyko Borisovun bəyanatından sonra xarici işlər naziri dəyişdirildi və ya dəyişdirilməsi təklif edildi. Bu, səslərin hesablanmasının ədalətliliyinə şübhə etmək üçün əsas verir” deyib.
BSP lideri Kornelia Nineva isə etimadsızlığın yalnız prezident müvəqqəti baş nazir Dimitar Qlavçevi əvəz etmədiyi təqdirdə veriləcəyini açıqlayıb.