Press "Enter" to skip to content

İkitərəfli əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadilələri aparılıb

Görüşlər zamanı

Son yeniləmə: 18 Aprel 2024 15:08

BAYRAQDAR MEDİA – Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Türkiyənin Sosial Müdafiə Qurumunun sədri Raci Kayanın görüşü olub.

Görüş Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Regional Sosial Təminat Forumu (Portuqaliya) çərçivəsində reallaşıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “görüşdə Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və xalqların birliyi amilinə əsaslanan münasibətlərin iki qardaş ölkənin dövlət başçılarının birgə səyləri nəticəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb. Ölkələrimiz arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində də əlaqələrin daim inkişaf etməkdə olduğu diqqətə çatdırılıb. Hər iki ölkədə sosial müdafiə sahəsində aparılan islahatlar prosesi barədə məlumatlar verilib. Bu sahədə davamlı xarakter alan təcrübə mübadilələrinin xüsusi önəm kəsb etdiyi bildirilib”.

Məlumatda deyilir ki, görüşdə, həmçinin əməkdaşlıq əlaqələrinin qarşıdakı dövrdə də daim genişlənməkdə davam edəcəyinə əminlik ifadə olunub, bu istiqamətdə qarşılıqlı olaraq səylərin göstərildiyi qeyd edilib.

Məlumata əsasən, Forum çərçivəsində Moldovanın Əmək və Sosial Müdafiə Nazirliyinin dövlət katibi Korina Ajder və həmin ölkənin Milli Sosial Sığorta Kassasının Baş direktoru Yelena Tsıbırne ilə də görüş olub: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Moldovanın Əmək və Sosial Müdafiə Nazirliyinin əməkdaşlıq istiqamətləri üzrə 2023-2024-cü illərə dair Fəaliyyət Planı üzrə görülən işlərdən bəhs olunub. Həmçinin DOST təcrübəsinin Moldovada da tətbiqiilə bağlı aparılan hazırlıq işləri diqqətə çatdırılıb. Fəaliyyət Planına əsasən bu məqsədlə iki qurum arasında ardıcıl təcrübə mübadilələrinin həyata keçirildiyi vurğulanıb”.

Görüşlərdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadilələri aparılıb.

Mission News Theme by Compete Themes.