Press "Enter" to skip to content

Baş katib Ali Məclisdə olub

Görüşdən xatirə fotosu

Son yeniləmə: 18 Aprel 2024 11:55

BAYRAQDAR MEDİA – Aprelin 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi, akademik Asəf Hacıyev ilə görüşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, görüşdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Baş katibi Asəf Hacıyev təşkilat (QDİƏTPA) haqqında ətraflı məlumat verib: “Asəf Hacıyev müxtəlif sahələr üzrə qarşılıqlı maraqlar əsasında əməkdaşlığın inkişaf etdirilməsinə önəm verildiyini vurğulayıb. Baş katib Qara Dəniz regionunda uzunmüddətli və sıx əməkdaşlığın təşviq edilməsi, eləcə də bir sıra müvafiq istiqamətlər üzrə iqtisadi aktivliyin artırılmasının təşkilatın prioritetlərindən olduğunu diqqətə çatdırıb”.

Məlumata görə, Ali Məclisin sədr müavini Anar İbrahimov bu il muxtariyyətin 100 illiyinin qeyd edildiyini, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın Naxçıvanda yeni inkişaf mərhələsinin əsasını qoyduğunu vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Mission News Theme by Compete Themes.