Son yeniləmə: 17 Aprel 2024 14:48
MÜSİAD Azərbaycanın yeni İdarə Heyətinin üzvləri səfir Cahit Bağcını ofisində ziyarət edib
BAYRAQDAR MEDİA – MÜSİAD Azərbaycanın yeni İdarə Heyətinin üzvləri Türkiyənin Azərbaycandakı səfiri Dos. Dr Cahit Bağcını ofisində ziyarət edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 17-də MÜSİAD Azərbaycan-dan bildirilib.
Qeyd edilib ki, görüşdə İdarə Heyətinin sədri Rəşad Cabirli rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, həmçinin yeni İdarə Heyətinin qarşıya qoyduğu hədəflər və yeni planlar barədə ətraflı məlumat verib.
Bundan əlavə görüş zamanı “Bir millət, iki dövlət” prinsipi əsasında atılan addımlar, ticari-iqtisadi
əməkdaşlıqlar, investisiya imkanları ilə bağlı müzakirələr aparılıb.
Səmimi qəbula görə səfirə təşəkkür edən Rəşad Cabirli deyib: “Cənab səfirə səmimi qəbuluna, MÜSİAD-a dəstəklərinə görə təşəkkür edir, türk dünyası üçün dəyərli fəaliyyətlərində uğurlar arzu edirik. Tək millət olan ölkələrimiz adına faydalı ola bilmək üçün səylərimizi davam etdirəcəyik”.